top of page

Haqqımızda

      Biz, şirkət olaraq Azərbaycan Respublikasının dəftərxana və ofis ləvazimatlarının idxalı və satışı ilə məşğul oluruq. Kollektivimiz dəftərxana və ofis  ləvazimatlarının satışı sahəsində 14 ildən artıq zəngin bir təcrübəyə malikdir. Qürurla deyə bilərik ki, çalışdığımız sahədə öncül mövqeləri əldə etməyə nail ola bilmişik. Son 5 il ərzində isə "FARADJ" MMC şirkəti olaraq fəaliyyətimizi davam etdiririk. "FARADJ" MMC cavan, tez inkişaf edən, kreativ düşünən və böyük innovativ planlara malik bir şirkətdir. "FARADJ" MMC şirkətinin əsas fəaliyyəti dəftərxana və ofis ləvazimatlarının, əqli inkişaf və zəka oyunlarının topdan satışını həyata keçirməkdir.

       Şirkətimiz müxtəlif alıcı seqmentinə hədəflənmişdir və qeyd etdiyimiz malların ölkə bazarına idxalını, istehlakçılarımızı xarici bazarlarda kifayət qədər tanınmış istehsalçıların məhsulları ilə uyğun və sərfəli qiymətlərlə təmin edilməsini, daim yeni ticari tərəfdaşlarla işgüzar əlaqələrin qurulmasının özünün prioritet hədəflərindən biri kimi müəyyən etmişdir. Bu məqsədlə şirkətimiz Avropa və Asiya regionlarında keçirilən beynəlxaq sərgilərdə ( Frankfurt, İstanbul, Moskva, Dubay, Mumbay, Honq-Konq, Quandjou ) mütəmadi olaraq iştirak edir və yeni məhsulların ölkəmizə gətirilməsinə, yeni ticarət tərəfdaşları ilə əlaqələr qurulmasına çalışır.

      Kollektivimizin səyi nəticəsində ölkə bazarlarımıza Avropanın tanınmış "MILAN", KOH-I-NOOR", "CENTROPEN", "ESSELTE", "Erich Krause", "RAPID", "Leitz", "LIBRA", kimi şirkətlərinin Asiyanın tanınmış "DOMS", "CELLO" şirkətlərinin, Türkiyənin  "Medya Kırtasiye", "Brons" şirkətlərinin, Rusiyanın "Novastok", "Meqaplast", "Qamma", "Prof Press" şirkətlərinin, Çinin "Yalong", "Obo", "Leely", "Loufor" şirkətlərinin, ən geniş çeşiddə məhsulları idxal edilməkdədir. Qürurla deyə bilərik ki, "MILAN", "KOH-I-NOOR", "CENTROPEN", "Brons", "Doms", "Cello" kimi markaların məhsullarının Azərbaycana idxalını və satışını ilk dəfə məhz bizim kollektivimiz həyata keçirmişdir.

      Şirkətimiz nəinki Bakıda, həmçinin respublikamızın bütün regionlarında, hətta ölkəmizin ən ucqar bölgələrində belə bizi seçən müştərilərimizi sərfəli qiymətlərlə, vaxtlı-vaxtına və keyfiyyətli dəftərxana və ofis ləvazimatları ilə təmin etmək üçün zəruri kadr, maddi-texniki və maliyyə imkanlarına malikdir.

      Biz, təchizatını öhdəmizə götürdüyümüz şirkətlərlə münasibətlərimizin uzunmüddətli əsasda olmasını, müştərilərimizin bizim xidmətlərdən daim məmnun qalmalarını təmin etməyi öz stateji məqsədlərimizdən biri kimi müəyyən etmişikş Bizi seçən istənilən müştəri bizim üçün əziz və dəyərlidir. Məhz buna görədir ki, "FARADJ" MMC öz müştəriləri arasında kifayət qədər böyük nüfuz qazana bilmişdir. Əməkdaşlığımızın olğu şirkətlər arasında "Caspian Pipe Coatings" LLC, "Mc Donald's", ( Azerbaijan ), "Azərbaycan Beynəlxalq Bankı", "Heavy Crane" FZE, "Bakı Sağlamlıq Mərkəzi" PHŞ, "M&T" LTD firması ("Hacı Turqay Dinçer və Carçıoğlu" Birgə müəssisəsi, "Bayraktar Teknoloji Azərbaycan" MMC, "HD Telecom KATV1" MMC, "COTTON" MMC, "Azerfloat" QSC, "Baku Business Consulting" MMC, kimi şirkətlərin adlarını çəkə bilərik.

      Böyük bir ailəni təmsil edən işçi heyətimizin hər bir üzvü müştəri məmnuniyyətinin artırilması üçün effektiv şəkildə çalışır və bunun üçün əlindən gələn bütün səyləri göstərirlər.

       "FARADJ" MMC olaraq biz Sizin şirkətlə əməkdaşlıq etməyə böyük ümidlər bəsləyirik və bu əməkdaşlığımızın şirkətlərimiz üçün qarşılıqlı faydalı olacağına inanırıq.

     Dərin hörmətlə, "FARADJ" MMC

14

4870+

ildən çox

bu sahədə

müştəri

99.9%

razı müştəri

50+

sərgidə iştirak

bottom of page